Baş ağrısının növləri
Baş ağrısının bir çox növü var. Bizim işimiz əzələ və duruşla bağlı olanlardır:
- gərginlik tipli baş ağrısı — başın ətrafında “halqa” kimi sıxan, küt ağrı; ən çox rast gəlinən növ
- servikogen (boyundan gələn) baş ağrısı — boyundan başlayıb başın arxasına, gicgaha yayılır, boyun hərəkəti ilə artır
- miqren — döyüntülü, çox vaxt birtərəfli ağrı, ürəkbulanma və işığa həssaslıqla; nevroloq nəzarəti lazımdır, biz yalnız əlavə dəstək veririk
Baş ağrısının səbəbləri
Gərginlik və boyundan gələn baş ağrılarının arxasında çox vaxt eyni səbəblər durur: başın irəli uzandığı duruş, saatlarla ekrana baxmaq, stress zamanı çiyinləri qaldırmaq, dişləri sıxmaq, yuxusuzluq.
Bu zaman boyun və çiyin qurşağının əzələləri daim gərgin qalır və ağrını başa ötürür. Ağrıkəsici müvəqqəti kömək edir, amma səbəb qalırsa, ağrı geri qayıdır.
Əzələ mənşəli baş ağrısının əlamətləri
- başın ətrafında sıxıcı, küt ağrı
- başın arxasında (ənsədə) başlayan ağrı
- boyun və çiyinlərdə gərginlik, “daş kimi” əzələlər
- uzun kompüter işindən sonra güclənən ağrı
- boynu döndərəndə ağrının artması
- axşamlar və stressli günlərdə tez-tez təkrarlanma
Təcili həkimə müraciət edin, əgər
- qəfil başlayan, həyatınızın ən güclü baş ağrısı
- baş zədəsindən sonra başlayan ağrı
- qızdırma və boyun sərtliyi ilə müşayiət olunan ağrı
- nitq, görmə pozulması, əl-ayaqda zəiflik
- 50 yaşdan sonra ilk dəfə başlayan və ya getdikcə artan baş ağrısı
Baş ağrısı ilə necə işləyirik
Tez-tez baş ağrınız varsa, əvvəlcə həkim (nevroloq) müayinəsindən keçin. Ciddi səbəb istisna edildikdən sonra biz əzələ və duruş səbəbləri üzərində işləyirik.
- 01
Səbəbin tapılması
Neyrokinezioloq boyun, çiyin və çənə əzələlərini test edir, ağrını tetikləyən gərginlik nöqtələrini tapır.
- 02
Gərginliyin götürülməsi
Masaj və manual iş ilə boyun və ənsə əzələlərini boşaldırıq.
- 03
Boyun və duruşun bərpası
LFK və stretçinq ilə dərin boyun əzələlərini gücləndirir, başı düzgün saxlamağı öyrədirik.
- 04
Gündəlik vərdişlər
Ekran qarşısında duruş, fasilələr, nəfəs və stressə qarşı sadə məşqlər veririk.
Baş ağrısında istifadə etdiyimiz metodlar
Nəticə nə vaxt hiss olunur?
Əzələ mənşəli baş ağrılarında çoxları ilk seanslardan sonra yüngülləşmə hiss edir.
Ağrıların tezliyinin davamlı azalması üçün adətən bir neçə həftəlik kurs və gündəlik vərdişlərin dəyişməsi lazımdır.
Tez-tez verilən suallar
Bəli. Boyun əzələlərinin və oynaqlarının gərginliyi servikogen və gərginlik tipli baş ağrılarının əsas səbəblərindəndir.
Əzələ mənşəli baş ağrısında boyun və çiyin əzələlərinin boşaldılması, duruşun düzəldilməsi, müntəzəm fasilələr və yuxu rejimi çox kömək edir. Bunu mütəxəssislə etmək daha effektivdir.
Miqreni nevroloq müalicə edir. Biz əlavə olaraq boyun və çiyin gərginliyini azaldırıq — bu, bəzi insanlarda tutmaların tezliyini azalda bilər.
Gərginlik tipli baş ağrısında boyun və ənsə masajı tez-tez yaxşı nəticə verir. Uzunmüddətli nəticə üçün masajı məşqlərlə birləşdiririk.
Baş ağrısı yeni başlayıbsa, xarakteri dəyişibsa və ya yuxarıdakı təhlükəli əlamətlər varsa — dərhal həkimə müraciət edin.
Oxşar vəziyyətlər
Bu səhifə məlumat xarakterlidir və həkim müayinəsini əvəz etmir.





