Bel ağrısının müalicəsi Bakıda — səbəbini tapırıq

Bel ağrısı ən çox rast gələn şikayətlərdən biridir və əksər hallarda ciddi xəstəlik deyil, əzələ və hərəkət problemləri ilə bağlıdır. Biz ağrının əsl mənbəyini tapır və onu hərəkətlə aradan qaldırırıq.

  • Əməliyyatsız
  • Fərdi proqram
  • Mütəxəssis nəzarəti
Bel ağrısının müalicəsi Bakıda — səbəbini tapırıq

Bel ağrısının səbəbləri

Bel ağrılarının böyük hissəsi “qeyri-spesifik” adlanır — yəni MRT-də ağrını izah edən ciddi dəyişiklik olmur. Ağrının mənbəyi əzələlər, bağlar və hərəkət vərdişləridir. Əsas səbəblər:

  • uzun oturma və az hərəkət
  • zəif qarın, sağrı və dərin kürək əzələləri
  • ağırlığı düzgün qaldırmamaq, kəskin hərəkət
  • stress — əzələlər daim gərgin qalır
  • protruziya, yırtıq, osteoxondroz kimi onurğa problemləri

Bel ağrısında nə etməli?

Kəskin bel ağrısında uzun yataq rejimi məsləhət görülmür — tədqiqatlar göstərir ki, yüngül aktivliyi saxlamaq sağalmanı sürətləndirir. Ağrını artırmayan hərəkətlər, qısa gəzintilər və düzgün yatma vəziyyəti kömək edir.

Ağrı bir neçə həftədən çox davam edirsə və ya tez-tez təkrarlanırsa, bu, səbəbin aradan qalxmadığını göstərir. Məhz bu mərhələdə fərdi məşq proqramı ən yaxşı nəticəni verir.

Bel ağrısı necə özünü göstərir

  • beldə küt və ya kəskin ağrı
  • səhərlər və uzun oturduqdan sonra tutulma
  • əyiləndə, ağırlıq qaldıranda ağrının artması
  • ağrının sağrıya və ya ayağa yayılması
  • kürək sümükləri arasında ağrı (kürək ağrısı)
  • uzun dayana və ya yeriyə bilməmək

Təcili həkimə müraciət edin, əgər

  • sidiyi və ya nəcisi saxlaya bilmirsiniz, çanaq nahiyəsi keyiyib
  • ayaqda zəiflik artır
  • ağrı yıxılmadan və ya zədədən sonra başlayıb
  • qızdırma, səbəbsiz arıqlama və ya gecə istirahətdə keçməyən ağrı var

Bel ağrısının müalicəsi necə keçir

Biz dərman və iynə vurmuruq — ağrının səbəbini hərəkətlə aradan qaldırırıq. Həkim rəyi və MRT varsa, gətirin.

  1. 01

    Qiymətləndirmə

    Neyrokinezioloq duruşu, çanağı və əzələləri test edir, belə artıq yük salan zəif halqanı tapır.

  2. 02

    Ağrını azaltmaq

    Masaj, biomexanoterapiya və Neurac məşqləri ilə spazmı götürür, hərəkəti rahatlaşdırırıq.

  3. 03

    Gücləndirmək

    LFK proqramı qarın, sağrı və dərin kürək əzələlərini gücləndirir.

  4. 04

    Təkrarlanmanın qarşısını almaq

    Düzgün qaldırma, oturma vərdişləri və ev məşqləri ilə ağrının geri qayıtmasının qarşısını alırıq.

Bel ağrısında istifadə etdiyimiz metodlar

Müalicə nə qədər çəkir?

Kəskin bel ağrısı çox vaxt bir neçə həftəyə keçir. Xroniki və təkrarlanan ağrıda adətən 4–8 həftəlik kurs, həftədə 2–3 seans təyin edilir.

Dəqiq plan ilk qiymətləndirmədən sonra verilir.

Tez-tez verilən suallar

Aktiv qalın, ağrını artırmayan yüngül hərəkətlər edin, uzun yataq rejimindən qaçın. Təhlükəli əlamətlər varsa — həkimə gedin. Ağrı təkrarlanırsa, səbəbini tapmaq üçün mütəxəssisə müraciət edin.

Xeyr. Dərman və iynəni həkim təyin edir. Bizim işimiz ağrının səbəbini — zəif və gərgin əzələləri — hərəkətlə aradan qaldırmaqdır.

Sidik-nəcis pozulması, ayaqda artan zəiflik, zədə, qızdırma, səbəbsiz arıqlama və gecə keçməyən ağrı — bu hallarda dərhal həkimə müraciət edin.

Bəli. Kürək sümükləri arasında ağrı çox vaxt duruş və çiyin qurşağının əzələləri ilə bağlıdır və eyni yanaşma ilə müalicə olunur.

Bəli, düzgün seçilmiş hərəkət müalicənin əsasıdır. Ağır və kəskin yüklər ilk mərhələdə məhdudlaşdırılır.

Oxşar vəziyyətlər

Bu səhifə məlumat xarakterlidir və həkim müayinəsini əvəz etmir.

Ağrı, travma, düzgün olmayan duruş və ya sadəcə enerji çatışmazlığı?

sağlam həyata gedən yol buradan başlayır.

Qəbula yazılın